Caz musiqisi həvəskarları bu yaxınlarda əməkdar artistlər İsfar Sarabski və Rain Sultanovun “Tandem” adlı yeni albomunu dinləyə biləcəklər. Cazmenlər bu barədə məlumatı sosial şəbəkə və saytlarında paylaşıblar.
Qeyd olunur ki, “Tandem” albomuna İsfar Sarabskinin “Prelude”, Rain Sultanovun “Tandem” və “Reincarnation” əsərləri daxil edilib.