Noyabrın 11-də “Moskva payızı” 38-ci Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində Moskva Bəstəkarlar evində Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin “In memoriam” süitası səsləndiriləcək. Əsər “Yeni musiqi studiyası” simli kvarteti tərəfindən təqdim olunacaq.
Fərəc Qarayev 1984-cü ildə simli kvartet üçün yazdığı “In memoriam” süitasını Avstriya bəstəkarı Alban Berqin xatirəsinə ithaf edib. Əsərin premyerası 1989-cu ildə Amsterdamda “Belvyu” teatrında olub. 2008-ci ildə əsər müəllif tərəfindən kamera orkestrinə uyğunlaşdırılıb və iyun ayında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tərəfindən səsləndirilib.