Fransanın məşhur Pyer de Treqomayn kvarteti Bakıda konsert proqramı ilə çıxış edəcək.
Oktyabrın 23-də “Landmark Rotunda”da keçiriləcək konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutacaq. Konsertdə kvartet dünya caz musiqisindən müxtəlif nümunələr təqdim edəcək.
Qeyd edək ki, oktyabrın 22-dən 30-dək keçirilməsi nəzərdə tutulan ənənəvi Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq.
Festival iştirakçıları sırasında İspaniyanın “Antonio Lizana” caz qrupu da olacaq.
Qrup oktyabrın 23-də festival çərçivəsində “Landmark Rotunda”da konsert verəcək. Konsertdə kvartet dünya caz musiqisindən müxtəlif nümunələr təqdim edəcək.