Azərbaycan Milli İncəsənət Muzeyi və “Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə israilli gənc ifaçılar Miriyam Hacıyeva və Yadid Şvarç sentyabrın 5-də Bakıda konsert proqramı ilə çıxış edəcək.
Milli İncəsənət Muzeyindən bildirilib ki, bu mədəniyyət ocağının 80 illik yubileyi çərçivəsində keçiriləcək konsertdə dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.
Qeyd edək ki, hazırda İsraildə yaşayan Miriyam və Yadid Almaniya, Fransa, İtaliya və ABŞ-da bir çox ustad dərslərində, konsertlərdə solist və orkestrant kimi çıxış ediblər.