Ələkbər Tağıyevin mahnılarından ibarət konsert

Sentyabrın 29-da Heydər Əliyev Sarayında Ələkbər Tağıyevin bəstələdiyi mahnılardan ibarət konsert keçiriləcək. “Mənim dünyam” adlı konsert proqramında tanınmış müğənniləri Nəsib Məhərrəmovun rəhbərliyi ilə “Şuşanın səsi” instrumental ansamblı müşayiət edəcək.
Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib.
Bəstəkarın “Sən gəlməz oldun”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları dəfələrlə xarici müğənnilərin də repertuarına daxil olub.