Sentyabrın 3-də Ukraynanın məşhur “Okean Elzi” (O.E.) rok qrupunun Bakıda konserti olacaq. Yaşıl Teatrda baş tutacaq konsertdə qrup zəngin repertuarla çıxış edəcək.
Qrupun təsirli və fədakar konsert drayvı, əsl Slavyan melodikliyinin güclü rok energetikası ilə birləşməsidir.
Qeyd edək ki, 2014-cü ildə “Okean Elzi” qrupunun 20 illiyinə həsr olunmuş konsertlərini canlı izləyən tamaşaçıların sayı yarım milyondan çox olub. Dəfələrlə tamaşaçılar və tənqidçilər tərəfindən MDB və Şərqi Avropanın “ən yaxşı rok-qrupu” və “live-qrupu” kimi tanınan kollektivin Bakı konsertinin maraqlı olacağı gözlənilir.
Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.