Oktyabrın 22-də Bakı caz festivalı çərçivəsində Heydər Əliyev Sarayında istedadlı gənc azərbaycanlı caz ifaçılarının konsert proqramı keçiriləcək. “jAzzeri Bands” caz musiqisi axşamında Mikayıl Rəfiyev və Excellent Music Band, Diana Hacıyeva, Cəmilə Haşımova və Jazzers Band, Freedom Band iştirak edəcəklər.
İfaçılar konsertdə öz repertuarlarından sevilən caz musiqiləri və Azərbaycan caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur cazmenlərin əsərlərini də səsləndirəcəklər.