Sentyabrın sonlarında Rusiya Federasiyasının Ufa şəhərində (Başqırdıstan) böyük rus opera müğənnisi Fyodor Şalyapin adına vokalçıların I Beynəlxalq müsabiqəsi keçirilib. "Ufada Şalyapin axşamları" adlı ənənəvi Beynəlxalq opera sənəti festivalı çərçivəsində ilk dəfə keçirilmiş müsabiqədə Azərbaycanın gənc ifaçıları da iştirak ediblər.
İki turdan ibarət sənət yarışında 8 ölkədən 41 vokalçı bacarığını sınayıb. II tura 18 nəfər keçib. Bu mərhələdə soydaşlarımız - Sankt-Peterburqdakı Mariinsk Teatrının solisti Regina Rüstəmova və Həmid Əbdülov uğurlu nəticə göstəriblər. Münsiflərin qərarı ilə Qran-pri mükafatı heç bir iştirakçıya verilməyib. Regina Rüstəmova isə Artur Kaipkulov və Yaroslav Petryanik (hər ikisi Rusiya) ilə birlikdə I mükafata layiq görülərək laureat adını qazanıb.
Digər həmyerlimiz Həmid Əbdülov isə müsabiqənin diplomantı adını qazanıb.

Gülcahan