Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində İstanbul Texnik Universiteti Mədəniyyət və Sənət Mərkəzinin fortepiano kafedrasının rəhbəri, professor, böyük bəstəkar Qara Qarayevin qızı Züleyxa Bağırova ustad dərsləri keçir.
Ustad dərsləri çərçivəsində oktyabrın 24-də məktəbin şagirdləri M.Əliyeva, J.Quliyeva, M.Bağırova görkəmli bəstəkarlar Bax, Şopen və Bethovenin əsərlərini ifa ediblər.
Oktyabrın 26-29-da ustad dərslərində paytaxtın müxtəlif uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edəcəklər.