Noyabrın 16-da Heydər Əliyev Sarayında Məhəmməd “Füzulinin qəzəl dünyası” adlı konsert proqramı keçiriləcək. Konsertdə xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Əminə Yusifqızı, Aygün Bayramova, Gülyaz Məmmədova, Mələkxanım Əyyubova, əməkdar artistlər Nuriyyə Hüseynova, Səbuhi İbayev, Almaz Orucova, Fərqanə Qasımova, Babək Niftəliyev, Bəyimxanım Mirzəyeva, Firuz Səxavət, gənc müğənnilər Abgül Mirzəliyev, Sərxan Bünyadzadə, Məmməd Nəcəfov iştirak edəcəklər.