Oktyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında konsert keçirilib. Konsert Bakı Musiqi Akademiyası, İtaliyanın Espressione D"Arte Assosiasiyası və Luigi Cherubini Konservatoriyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində reallaşıb.
Konsertdə Xalq artisti, professor Yeganə Axundova (fortepiano), İtaliyanın Luigi Cherubini Konservatoriyasının prorektoru, “I Briconcello” ansamblının üzvü, professor Leonardo De Lisi (tenor), Espressione D"Arte Assosiasiyasının direktoru, “I Briconcello” ansamblının üzvü Pierluigi Ruggiero (violonçel) və tələbələr Daria Neçayeva (violin), Giuseppe Sturaçe (tenor) çıxış ediblər.
Proqramda F.P.Tostinin “Good-bye”, B.Bartokun “Rumın rəqsləri”, F.Listin “Vallee d’Obermann”, Ü.Hacıbəylinin “Sevgili canan” və “Aşıqsayağı” əsərləri səsləndirilib.