Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» klubunda yazıçı Firuz Mustafanın yenicə çapdan çıxmış «Dəniz köçü» kitabının təqdimatı keçirilib. Tədbirdə ilk çıxış edən AYB-nin katibi Arif Əmrahoğlu F.Mustafanın yaradıcılığı barədə geniş məlumat verərək, onun nəsr və dramaturgiyasının fərqli cəhətlərindən söz açıb. Ədəbiyyatşünas Bədirxan Əhmədov isə F.Mustafa dramaturgiyasının bir çox cəhətlərinə diqqəti cəlb edib. Tədbirdə millət vəkili Nazim Məmmədov, yazıçının qələm dostlarından İlyas Tapdıq, Oqtay Rza, Bəsti Əlibəyli, Musa Ələkbərli və başqaları çıxış etmişlər. Çıxışlarda vurğulanıb ki, yazıçının 30-dan çox kitabı işıq üzü görüb, müxtəlif teatrlarda onlarla pyesi tamaşaya qoyulub. Mərasimdə çıxış edən Firuz Mustafa sənət və həyat haqqında düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb. 

  Sabutay