Amerika kinoteatrlarının sahibləri və kino prokatçıları arasında keçirilən sorğu Uill Smitin 2008-ci ilin ən gəlirli aktyoru olduğunu göstərib. «Reuters» agentliyi qeyd edir ki, Smit Sidni Puatyedən sonra Hollivud tarixində bu ada layiq görülən ikinci qaradərili aktyordur.
Reytinqdə ikinci yeri «Dəmir adam» filmində baş rolu oynayan kiçik Robert Dauni, üçüncü yeri «Qara cəngavər»də Betmeni oynayan Kristian Beyl, dördüncü yeri isə «İndiana Cons və billur kəllə krallığı» filmində çəkilən Şayya La Bef tutublar.
Qeyd edək ki, bir il əvvəl Hollivudun ən gəlirli aktyoru kimi Coni Depp seçilmişdi.