“Sothebys” auksion evi bir il əvvəl Məkkə şəhərindəki Kəbənin açarının satılması ilə bağlı alqı-satqının nəticələrini ləğv edib. Ekspertlər bildirirlər ki, 9,2 milyon funt-sterlinqə satılan və XII əsrin artefaktı sayılan açarın əslində XIX əsrdə və ya daha gec hazırlandığı müəyyən edilib. “France Presse” agentliyinin məlumatına görə, ekspertlər açarın üzərində “anomaliya” aşkar ediblər.
   Dəmir açar 2008-ci ilin aprelində “Sothebys” auksionunda 9,2 milyon funt-sterlinqə (o zamanın kursu ilə 18,1 milyon dollara) satılıb. Alıcının adı indiyə qədər də açıqlanmır.