Britaniyalı maneken və fotomodel Keyt Mossun qızıldan hazırlanan kiçik heykəli Nyu-Yorkdakı Metropoliten muzeyində keçiriləcək sərginin eksponatına çevriləcək. «The Guardian» xatırladır ki, heykəltəraş Mark Kuinin yaratdığı bu əsər 2008-ci ildə Britaniya muzeyində nümayiş olunub.
   May ayında açılacağı gözlənilən Metropoliten muzeyi «The Model as Muse: Embodying Fashion» (Model ilahə kimi: modanı həyata təcəssüm etdirmək) adlanır. Ekspozisiyalar arasında Min dövrünün Çin kağız bükülüləri, rəqqasə Deqa, Tviqqi və Naomi Kempbell kimi məşhur maneken qadınların fotoşəkilləri və s. var. Sərginin əhəmiyyəti barədə danışan muzeyin direktoru Tomas Kempbell mərhum İv Sen-Lorandan sitat gətirib: «Yaxşı model modanı 10 il müddətinə sürətləndirə bilər».
   Sərgi dizayner Mark Ceykobsun dəstəyi ilə həyata keçirilir. «The Model as Muse: Embodying Fashion» layihəsinin prezentasiyasında çıxış edən Ceykobs Keyt Mossu «bütöv bir nəslin ilham pərisi» adlandırıb: «Bu ilahə tarixin bir hissəsinə çevrilən vaxtı və hissi müəyyən edib».