İsraili bu ilin mayında Moskvada keçiriləcək “Eurovision- 2009” mahnı müsabiqəsində Noa kimi tanınan müğənni Axinoam Nini təmsil edəcək. Bu barədə qərarı ölkənin seçim komissiyası qəbul edib. “The International Herald Tribune”nin məlumatına görə, Nini səhnəyə ərəb müğənnisi Mira Avadla birgə çıxacaq.
   Seçim komissiyası ideyanı bəyənsə də, İsraildəki sol təmayüllü partiya və radikal ərəblər duetin iki millət arasında əlaqələri möhkəmləndirməsindən çox, münasibətlərə ziyan vuracağı qənaətindədir.
   Hazırda müğənnilər mahnının bir neçə versiyasının üzərində çalışırlar. Mahnı üç dildə - ivrit, ərəb və ingiliscə təqdim olunacaq.