YouTube internet-servisi klassik musiqi alətlərində ifa edən musiqiçilərin yığımını başa çatdırıb. «France Presse» agentliyinin məlumatına görə, YouTube simfonik orkestri dünyanın 30 ölkəsindən cəlb edilən 90 nəfərdən ibarət olacaq.
   Orkestrə daxil olmaq üçün musiqiçilərə müsabiqədə iştirak etmək təklif olunub. Onlar bəstəkar Tan Dunun xüsusi olaraq bu məqsədlə yazılan əsərinin istənilən alətdə 5 dəqiqəlik ifasınınin videoçarxını 2009-cu il yanvarın 28-nə kimi videohostinqə daxil etməliymişlər.
   Müsabiqəyə 3 mindən çox ərizə daxil olub. Bundan sonra London və San-Fransiskonun simfonik orkestrlərinin və Honkonq, Berlin və Nyu-Yorkun filarmonik orkestrlərinin professional musiqiçiləri 200 finalçını seçiblər. 26 musiqi alətində ifa edən 90 qalib isə YouTubedə keçirilən səsvermə ilə müəyyən olunub. Musiqiçilər aprel ayında 3 günlük master-klassda iştirak edəcəklər. Bundan sonra onları əsas mükafat - aprelin 15-də Karneqi-Hollda çıxış gözləyir. Konsertə San-Fransisko Simfonik orkestrinin üzvü Maykl Tilson Tomas dirijorluq edəcək.