Çin Xalq Respublikasının cənub-qərbindəki Çendu şəhərində inşa olunan tikili dünyanın ən böyük çoxfunksiyalı binasıdır. Ümumi sahəsi 1 milyon 700 min kvadratmetr olan bu binaya Sidneyin 20 opera teatrı və ABŞ-dakı Pentaqon binası böyüklüyündə 3 tikili yerləşə bilər. İnşası 10 ilə yaxın davam edən “The New Century Global Center” (“Yeni əsr” qlobal mərkəzi) adlı binanın hündürlüyü 100 metr, uzunluğu 500 metr, eni isə 400 metrdir. Burada çoxsaylı ticarət mərkəzləri və ofislər yerləşir.
Bundan əlavə, binada beynəlxalq tədbirlərin və yarışların keçirilməsi də nəzərdə tutulur. Ölkə rəhbərliyi 2020-ci ilədək binanın yerləşdiyi ərazinin yaxınlığında aeroport tikilməsini planlaşdırır.