Amerikalı aktyor Robin Uilyams Şimali Kaliforniyadakı evində ölmüş vəziyyətdə tapılıb. Ölümün birbaşa səbəbi boğulmadır. Polis hesab edir ki, məşhur kino ulduzu həyatına qəsd edib. Komediyalardakı rolları ilə milyonlara gülüş bəxş edən 63 yaşlı aktyor son illər depressiyadan və alkoqol asılılığından əziyyət çəkirdi. Robin Uilyams “Oskar” və 5 dəfə “Qızıl qlobus” mükafatı laureatıdır. O, 300-dək kinokomediyada çəkilib.