Dünyanı ən müxtəlif layihələr, müasir memarlıq nümunələri ilə heyrətləndirən Çində bənzəri olmayan hotelin tikintisinə başlanılıb. Böyük Britaniyanın “Atkins” şirkətinin layihəsi ilə inşa olunan 5 ulduzlu hotel yerin 100 metr dərinliyində yerləşəcək.
Maraqlıdır ki, 380 otaqlı binanın iki mərtəbəsi suyun altında olacaq. Yerin altında həmçinin idman kompleksi, dərinliyi 10 metr olan akvarium tikilməsi nəzərdə tutulur. Bina alternativ enerji ilə qızdırılacaq. Layihə dəyəri 555 milyon dollar təşkil edən hotel 2015-ci ilin əvvəlində istifadəyə veriləcək.