İtaliyanın Ponza adasında dünyada ilk dəfə olaraq su altında fotosərgi açılıb. Bu qeyri-adi sərgidə məşhur portret fotoqrafı Salvo Galanonun çəkdiyi fotoşəkillər nümayiş olunur.
Dəniz sahilində istirahətə gələn turistlərin böyük marağına səbəb olan sərgidəki fotolar suyun üç metr dərinliyində yerləşir. Fotoqraf Asiya səfəri zamanı qarşılaşdığı maraqlı simaları öz sərgisinin əsas mövzusuna çevirib. Salvo Galanonun bundan əvvəl Milanda, Nyu-Yorkda və Amsterdamda da sərgiləri təşkil olunub.