Ziyarətçilər vəhşi heyvanlarla üz-üzə

Danimarkada yeni zoopark layihəsi hazırlanıb. Dünyada heç bir zoopark əsl Afrika savannası, Amazonka meşələri və ya Himalay zirvələri ilə müqayisə oluna bilməz. Lakin BIG bürosunun memarları Danimarkada yeni zoopark layihəsi təqdim etməklə bu fikri şübhə altına alıblar. Zootopia parkı Danimarkanın mərkəzi hissəsində, Qivskud safari-parkının ərazisində tikiləcək. Yeni parkın konsepsiyası heyvanlar və ziyarətçilər arasında sərhədlərin tamamilə aradan qaldırılmasını nəzərdə tutur. Memarlar söz verirlər ki, zooparkda hər şey insanlar üçün tamamilə təhlükəsiz olacaq.