Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi qeyd ediləcək.
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək mərasimdə, rəsmi çıxışlarla yanaşı, müxtəlif sənətkarların ifaları da dinləniləcək. Gecədə M.İbrahimov sevilən mahnılarını ifa edəcək.
   Mərkəzin foyesində yubilyarın həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq.