Azərbaycan

14 yanvar 1923 - Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 - 2.8.1980) Bakıda anadan olub. 1952-ci ildən Dövlət Akademik Milli Dram Teatrında rejissor, 1964-cü ildən baş rejissor işləyib. Milli teatrımızda lirik-psixoloji teatr məktəbinin yaranması onun adı ilə bağlıdır.
14 yanvar 1999 - Xalq artisti, teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya (28.6.1914, Şuşa - 1999) vəfat edib. 1935-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

15 yanvar 1914 - Yazıçı Ənvər Yusif oğlu Qasımov (1914-1989) Yevlax rayonunda anadan olub. Əsərləri: "Düşmənimin düşməni", "Cərrahlar" romanları, “Hamballar" povesti və s.
15 yanvar 1940 - Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, kinoşünas Aydın Ələsgər oğlu Kazımzadə anadan olub. Azərbaycan kinosunun tarixinə dair tədqiqatların, bir çox kitabların müəllifi, “Azərbaycan kino ensiklopediyası”nın tərtibçisidir.
15 yanvar 1952 - Yazıçı-publisist, filologiya elmləri namizədi, ictimai xadim Səyyad Aran (Səyyad Adil oğlu Salahlı) İmişli rayonunun Qaradonlu kəndində anadan olub. Milli Məclisin deputatı, Azərbaycanın İstanbulda baş konsulu olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavinidir. Nəsr kitabları: “Körpü”, “Soyuq günəş”, “Sandıqda qalan muştuluq”.

16 yanvar 1905 - Yazıçı Üm-əl-Banin (Ümmülbanu Mirzə qızı Əsədullayeva; 1905-1994) anadan olub. Məşhur neft milyonçusu Şəmsi Əsədullayevin nəvəsidir. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində əsərlər yazıb.
16 yanvar 1939 - Şair, nasir, tərcüməçi Vaqif Nəsib (Vaqif Hüseyn oğlu Nəsibov) Qazaxda anadan olub.
16 yanvar 1944 - Tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944 - 20.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub. Ali Sovetin deputatı olub. 1991-ci il aprelində deputat həmkarı Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.

Dünya

14 yanvar 1818 - Görkəmli fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub. “Hersoginya Finlyandskaya”, “Ulduzların uşaqları” və s. romanların müəllifidir.
14 yanvar 1827 - Məşhur rus etnoqraf və coğrafiyaşünası, incəsənət tarixçisi Pyotr Semyonov Tyan-Şanski (1827-1914) anadan olub.
14 yanvar 1895 - Başqırd klassik ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Məhəmmədzakiroviç Babiç (1895-1919) anadan olub.
14 yanvar 1911 - Rus yazıçısı Anatoli Naumoviç Rıbakov (1911-1998) anadan olub. “Arbat uşaqları”, “Kortik”, “Tunc quş”, “Ağır qum” və s. romanların müəllifidir.
14 yanvar 1925 - Yapon yazıçı-dramaturqu Yokio Misi (əsl adı Kimitake Hiraoka; 1925-1970) anadan olub. Əsərləri: “Qızıl məbəd”, “Maskanın etirafı”, “Bahar qarı”.

15 yanvar 1622 - Fransız dramaturqu Jan-Batist Molyer (Jean Baptiste Poquelin dit Moliere; 1622 - 17.2.1673) anadan olub. Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır. Əsərləri: “Tartüf”, “Psixeya”, “Don-Juan”, “Zorən təbib”, “Xəsis” və s.
15 yanvar 1795 - Rus şairi, yazıçı-dramaturq, diplomat Aleksandr Sergeyeviç Qriboyedov (1795 - 11.2.1829) anadan olub. “Ağıldan bəla” komediyasının müəllifidir. Azərbaycanın Rusiya və İran tərəfindən bölüşdürülməsinə dair Türkmənçay müqaviləsindən sonra (1828) Tehranda Rusiyanın səfiri olub, orada qətlə yetirilib.
15 yanvar 1850 - Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu, 1850 - 15.6.1889) anadan olub.
15 yanvar 1850 - Məşhur rus riyaziyyatçısı, yazıçı və publisist Sofya Kovalevskaya (1850-1891) anadan olub. Əsərləri: “Voronsov ailəsi” (roman), “Nihilist qız” (povest).
15 yanvar 1870 - Ukrayna şərqşünası, yazıçı, akademik Aqafangel Yefimoviç Krımski (1871-1942) anadan olub.
15 yanvar 1891 - Rus (yəhudi əsilli) şairi, ədəbiyyatşünas Osip (İosif) Mandelştam (1891-1938) anadan olub.
15 yanvar 1902 - Böyük türk şairi, dramaturq Nazim Hikmət (1902 - 3.6.1963) anadan olub. Kommunist olduğuna görə Türkiyədə məhkum olunub, 1951-ci ildə SSRİ-yə mühacirət edib. Türkiyə vətəndaşlığından məhrum edilib və ömrünün axırınadək SSRİ-də yaşayıb. Məzarı Moskvadadır. Şairin "Məhəbbət əfsanəsi" pyesinin motivləri əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, "Bir məhəlləli iki oğlan" ("Azərbaycanfilm"), "Məhəbbətim, kədərim mənim" ("Mosfilm") filmləri çəkilib.
15 yanvar 1917 - SSRİ Xalq artisti, aktyor Yevgeni Lebedev (1917-9.6.1997) anadan olub. Rasim Ocaqovun “İstintaq” filmində (dustaq) çəkilib.

16 yanvar 1675 - Fransız memuar yazıçısı Lui de Ruvrua Sen Simon (Louis de Rouvroy, duc de Saint-Simon, 1675-1775) anadan olub.
16 yanvar 1749 - İtaliya şairi və dramaturqu Vittorio Alfieri (1749-1803) anadan olub. Əsərləri: “Kleopatra”, “Orest”, “Aqamemnon”, “Mariya Stüart” və s.
16 yanvar 1934 - Rus aktyoru, SSRİ Xalq artisti Vasili Lanovoy anadan olub. Filmləri: “Pavel Korçagin”, “Baharın on yeddi anı”, “Qara kvadrat” və s.
16 yanvar 1948 - Amerika kinorejissoru, ssenarist, aktyor və kino bəstəkarı Con Karpenter (John Carpenter) anadan olub. “Hellouin”, “Duman”, “Nyu-Yorkdan qaçış” və s. qorxu filmlərinin (sleşer) müəllifidir.

Hazırladı: Vüqar Orxan