Azərbaycan

11 fevral 1914 - Xalq artisti Rəmziyyə Veysəlova (1914 - 22.8.1993) Bakıda anadan olub. Uzun illər Gəncə Dram Teatrının aktrisası olub.
11 fevral 1920 - Ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2003) Bakıda anadan olub. Üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindən biridir.
11 fevral 1930 - Ədəbiyyatşünas, şərqşünas, tərcüməçi Əbülfəz Haşım oğlu Rəhimov anadan olub.
11 fevral 1930 - Mədəniyyət xadimi, Prezident təqaüdçüsü Gülara Cəfər qızı Cabbarlı Bakıda anadan olub. Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində baş elmi işçi, 1979-cu ildən 2012-ci ilədək Cəfər Cabbarlının ev-muzeyinin direktoru işləyib.
11 fevral 1981 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900, Tiflis - 1981) vəfat edib. “Kəndlilər”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.

12 fevral 1911 - Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 - 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən ömrünün axırınadək Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.
12 fevral 1923 - Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923 - 6.11.1974) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində doğulub. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı" və s. pyeslərin müəllifidir. Bir çox şeirlərinə mahnılar bəstələnib.
12 fevral 1925 - Filosof, professor Adil Yusif oğlu Nəcəfov (1925-1989) anadan olub.
12 fevral 1933 - Heykəltəraş, Əməkdar rəssam Elmira Mehralı qızı Hüseynova (1933 - 23.1.1995) anadan olub. H.Zərdabi (Bakı), C.Cabbarlı (Sumqayıt) və s. abidələrin müəllifidir.
12 fevral 1933 - Tanınmış xanəndə, Əməkdar artist Mais Qurban oğlu Salmanov (1933 - 25.7.2008) Şəmkir rayonunun Morul kəndində doğulub. Opera və Balet Teatrının solisti olub.

13 fevral 1910 - Filologiya elmləri doktoru, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayevin qızıdır.
13 fevral 1956 - Xalq artisti Gülbacı İmanova Bakıda anadan olub. Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, Bakı Musiqi Akademiyasının professorudur.
13 fevral 2009 - Xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik, ictimai xadim Bəxtiyar Vahabzadə (16.8.1925, Şəki - 2009) vəfat edib. İkiyə bölünmüş Azərbaycanın tarixi faciəsindən bəhs edən "Gülüstan" poeması şairə məşhurluq gətirib. 20-dək poema, 10 dram əsəri yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib.

Dünya

11 fevral 1657 - Fransız yazıçısı və alimi Fontenel (Bernard le Bovier de Fontenelle, 1657-1757) anadan olub.
11 fevral 1829 - Rus şairi və dramaturqu, Rusiya imperiyasının Tehrandakı səfiri Aleksandr Sergeyeviç Qriboyedov (1795-1829) qətlə yetirilib. Türkmənçay müqaviləsinin (10 fevral 1828) imzalanmasında iştirak etmiş Qriboyedov həmin müqavilənin ildönümündə bir qrup dindarın rus səfirliyinə basqını zamanı öldürülmüşdü. “Ağıldan bəla” komediyasının müəllifidir.
11 fevral 1894 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı populyar hekayə və nağılların müəllifi Vitali Valentinoviç Bianki (1894-1959) anadan olub.
11 fevral 1900 - Alman filosofu, “fəlsəfi hermenevtika”nın banisi Hans-Georq Qadamer (Hans-Georg Gadamer, 1900-2002) anadan olub.
11 fevral 1917 - Amerika yazıçısı və ssenaristi Sidni Şeldon (Sidney Sheldon, 1917-2007) anadan olub.

12 fevral 1809 - Məşhur ingilis alimi və səyyahı, “təkamül nəzəriyyəsi”nin müəllifi Çarlz Darvin (Charles Robert Darwin; 1809-1882) anadan olub.
12 fevral 1865 - Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865-1940) anadan olub.
12 fevral 1881 - Dünya şöhrətli balerina, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881-1931) anadan olub.

13 fevral 1769 - Məşhur rus satirik şairi İvan Andreyeviç Krılov (1769-1844) anadan olub.
13 fevral 1873 - Görkəmli rus opera müğənnisi, rəssam və heykəltəraş Fyodor İvanoviç Şalyapin (1873-1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.
13 fevral 1881 - İngilis uşaq yazıçısı Eleanor Farcon (Eleanor Farjeon, 1881-1965) anadan olub.
13 fevral 1903 - Detektiv romanlar müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon; 1903-1989) anadan olub. Komissar Meqre haqqında əsərləri ilə məşhurlaşıb.

Hazırladı: Vüqar Orxan