Azərbaycan

20 aprel 1894 - Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894 - 14.2.1980) Naxçıvanda doğulub. ”Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, "Səbuhi", "Arşın mal alan” (1945), "Onu bağışlamaq olarmı?" və s. filmlərin rejissorudur.
20 aprel 1906 - Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva (1906 - 3.12.1953) anadan olub.
20 aprel 1907 - Xalq şairi Məmməd Rahim (1907 - 6.5.1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında", "Natəvan" poemaları, “Xaqani" mənzum dramının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
20 aprel 1916 - Xalq artisti, görkəmli sənətkar Nəsibə Cahangir qızı Zeynalova (1916 - 10.3.2004) anadan olub. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb. Züleyxa (“Ulduz"), Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Cəhri xala ("Altı qızın biri Pəri"), Qızbacı ("Hicran") kimi rolları ilə yadda qalıb. "Ögey ana", "Böyük dayaq", “Qanun naminə”, "Qayınana", “Yuxu” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
20 aprel 1920 - Yazıçı-dramaturq, şairə Xanımana Sabir qızı Əlibəyli (1920 - 7.5.2007) Bakıda doğulub. Uşaqlar üçün 30-dək kitabın, o cümlədən "Gözəllər gözəli", "Aycan", "Dovşanın ad günü" və s. pyeslərin müəllifidir.
20 aprel 1926 - Tanınmış tarzən Əlikram Həsən oğlu Hüseynov (1926-2006) anadan olub. Opera və Balet Teatrının orkestrində çalışıb, bir çox milli rəqslərimiz onun instrumental ifasında lentə alınıb.
20 aprel 1944 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlu (31.3.1861, Şuşa -1944) vəfat edib.
20 aprel 1959 - Xalq artisti Zemfira Əli qızı Nərimanova Bakıda doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“İtkin gəlin“, “Otel otağı”) maraqlı rollar oynayıb.

21 aprel 1931 - Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova (1931 - 12.9.2014) Bakıda doğulub. Azərbaycan Radio Komitəsinin, Moskonsertin solisti olub. Rusiyanın Əməkdar artisti adına layiq görülüb.

Dünya

20 aprel 1943 - Tanınmış ingilis dirijoru Con Eliot Qardner (John Eliot Gardiner) anadan olub. Boston simfonik orkestrinə, Vyana filarmoniya orkestrinə rəhbərlik edib.
20 aprel 1949 - Amerika kinoaktrisası Cessika Lenq (Jessica Lange) anadan olib. İki dəfə “Oskar” mükafatına (“Tutsi”, “Mavi səma”) layiq görülüb. Digər filmləri: “Kinq-Konq”, “Şirin arzular”, “Poçtalyon iki dəfə zəng çalır”.

21 aprel 1816 - İngilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816-1855) anadan olub. “Ceyn Eyr”, “Şerli”, “Müəllim”, “Yaşıl cırtdan” və s. romanların müəllifidir.
21 aprel 1910 - Görkəmli Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens, 30.11.1835 - 1910) vəfat edib. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. məşhur romanların müəllifidir.
21 aprel 1922 - Tanınmış rus kinorejissoru Stanislav İosifoviç Rostoski (1922- 2001) anadan olub. Filmləri: “Qara qulaq ağ Bim”, “Burada üfüqlər sakitdir” və s.

Hazırladı: Vüqar Orxan