Azərbaycan

8 iyun 1900 - Heykəltəraş İbrahim Quliyev (1900-1938) anadan olub.
8 iyun 2002 - Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi açılıb. Mərasimdə Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin iştirak ediblər.

9 iyun 1930 - Əməkdar incəsənət xadimi, bəstəkar Telman Hacı oğlu Hacıyev (1930 - 5.1.1991) anadan olub. “Göygöl”, “Lalələr”, “Tələbəlik illəri” və s. populyar mahnıların müəllifidir.
9 iyun 1984 - Naxçıvanda yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi açılıb.
9 iyun 1989 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915, Tiflis - 1989) vəfat edib. "Arşın mal alan" (1945), "Bəxtiyar" (1956) filmlərində baş rollara çəkilib. Operada ("Sevil" - Fikrət Əmirov) çıxış edib. Bakıda Mahnı Teatrını yaradıb, Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib.

10 iyun 1937 - Musiqişünas, sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərova anadan olub. Orta əsr risalələrini mətnşünaslıq cəhətdən hazırlayaraq nəşr etdirib. “Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)” kitabını, qədim musiqi terminləri lüğətini tərtib edib.
10 iyun 1904 - Ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Məmməd Arif (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə; 1904 - 27.12.1975) anadan olub. Azərbaycan ədəbiyyatı tarixinə dair tədqiqatlarla yanaşı, şeir və hekayələrin də müəllifidir.
10 iyun 1982 - Bakıda görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün xatirə muzeyi açılıb.
10 iyun 1983 - Xalq artisti, bəstəkar, pedaqoq Səid Rüstəmov (12.5.1912, İrəvan - 1983) vəfat edib. "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının, bir çox mahnıların ("Qurban adına", “Həkim qız", “Oxu, gözəl" və s.) müəllifidir. Dərs vəsaitləri yazıb. Azərbaycan Televiziyasının xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru olub, hazırda kollektiv onun adını daşıyır.

Dünya

8 iyun 1810 - Alman bəstəkarı, musiqişünas, pedaqoq Robert Şuman (Robert Schumann; 1810 - 29.7. 1856) anadan olub. Simfoniya, sonata, konsert və digər musiqi əsərlərinin müəllifidir.
8 iyun 1837 - Rus rəssamı İvan Kramskoy (1837-1887) anadan olub. Tarixi və portret janrında əsərlərin, məşhur “Naməlum qadın” rəsminin müəllifidir.
8 iyun 1916 - İtalyan kinorejissoru Luici Komençini (Luigi Comencini, 1916-2005) anadan olub. Komediya janrında filmlər (“Çörək, məhəbbət və fantaziya”, “Romalı gözəlçə” və s.) çəkib.

9 iyun 1891 - Amerika bəstəkarı, çoxsaylı müzikllər müəllifi Koul Porter (Cole Porter, 1891-1964) anadan olub.
9 iyun 1981 - Yəhudi əsilli Amerika aktrisası Natali Portman (Natalie Portman - Natalie Hershlag) anadan olub. Filmləri: «Leon», «Ulduz müharibələri», “Qara qu quşu” (2011, “Oskar”) və s.

10 iyun 1819 - Fransız rəssamı Jan Dezire Qustav Kurbe (Jean-Desire-Gustave Courbet; 1891-1877) anadan olub. Peyzaj, portret və naturalist rəsmləri ilə tanınıb.
10 iyun 1895 - Amerika kinoaktrisası, «Oskar» mükafatına layiq görülmüş (1940, «Küləklə sovrulanlar») ilk qaradərili artist Hetti Makdeniel (Hattie McDaniel, 1895-1952) anadan olub.
10 iyun 1915 - Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1976) laureatı Sol (Solomon) Bellou (Saul Bellow, 1915-2005) anadan olub. Əsərləri: “Yerlə göy arasında”, “Qurban”, “Yağışlar hökmdarı Henderson”, “Hersoq”, “Oğru” və s.
10 iyun 1929 - Görkəmli rus müğənnisi, SSRİ-nin, Rusiya Federasiyasının və Azərbaycan SSR-nin Xalq artisti Lyudmila Georgiyevna Zıkina (1929-2009) anadan olub.
10 iyun 2008 - Dünya şöhrətli qırğız yazıçısı, görkəmli ictimai xadim Çingiz Aytmatov (12.12.1928 - 2008) vəfat edib. Əsərləri: “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Gün var əsrə bərabər”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar