Azərbaycan

27 iyul 1991 - Əməkdar incəsənət xadimi, pianoçu, «Dan ulduzu» instrumental ansamblının qurucusu və rəhbəri Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7. 1991) vəfat edib. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir.
27 iyul 2012 - Müasir Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Zahid İsa oğlu Hüseynov (20.3.1945 - 2012) vəfat edib. Azərbaycan Rəssamlıq Akademiyasının professoru, dekorativ-tətbiqi sənət kafedrasının müdiri olub.

28 iyul 1935 - Bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 - 15.9. 2006) anadan olub. Müxtəlif janrlarda əsərlərin - simfoniya, oratoriya ("Odlar yurdu", "Qarabağ şikəstəsi", "Qəm pəncərəsi", “Çanaqqala"), opera (“Ölülər", “Natəvan"), kantata, mahnı və romansların müəllifidir. “Şərikli çörək”, “Həyat bizi sınayır”, “Kişi sözü” və s. filmlərə musiqi yazıb. Bəstəkarlar İttifaqına rəhbərlik (2000-2006) edib.
28 iyul 1937 - Görkəmli bəstəkar, dirijor, pedaqoq, Əməkdar incəsənət xadimi Müslüm Məhəmməd oğlu Maqomayev (18.9. 1885 - 1937) vəfat edib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin yaxın dostu və sənət yoldaşı olub. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir, "Şah İsmayıl" (1916), "Nərgiz" (1935) operalarını yazıb. 1924-cü ildən Opera Teatrının rəhbəri və dirijoru, 1929-cu ildən Azərbaycan radiosunun musiqi şöbəsinin rəhbəri olub. Hər səhər efirdə səslənən “Radio marşı”nın müəllifidir.

30 iyul 1918 - Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə rus işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa edilib. 1930-cu illərdə Gəncənin adı yenidən dəyişdirildi (Kirovabad), 1989-cu ildə tarixi adı təkrar özünə qaytarıldı.
30 iyul 1942 - Tərcüməçi, ədəbiyyatşünas Fərhad Qəmbər oğlu Əliyev (1942-1996) anadan olub.
30 iyul 1956 - Bəstəkar, Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Adilə Niyazi qızı Yusifova anadan olub.

Dünya

27 iyul 1824 - Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas, fils; 1824 - 27.11.1895) anadan olub. Əsərləri: “Kameliyalı qadın” (roman və eyniadlı pyes), “Diana de Lis”, “Yarıqaranlıq” (pyes), “Doktor Servan”, “Üç güclü kişi” (povest) və s. “Kameliyalı qadın” əsasında Cüzeppe Verdi “Traviata” operasını yazıb.
27 iyul 1835 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1906) laureatı Cozue Karduççi (Giosue Carducci, 1835-1907) anadan olub.
27 iyul 1853 - Rus yazıçısı Vladimir Korolenko (1853-1921) anadan olub. Əsərləri: “Makarın yuxusu”, “Kor musiqiçi”, “Axmaq cəmiyyətdə”, “Qazmada yaşayan uşaqlar” və s.
27 iyul 1915 - İtaliya opera müğənnisi, məşhur tenor Mario del Monako (Mario del Monaco; 1915-1982) anadan olub.

28 iyul 1750 - Böyük alman bəstəkarı İohann Sebastyan Bax (Johann Sebastian Bach; 31.3.1685 - 1750) vəfat edib. Operadan savayı bütün musiqi janrlarında mindən çox əsər yazıb, o cümlədən: 200-dən çox kantata, 250-dək orqan musiqisi və s.
28 iyul 1812 - Polşa yazıçısı və tarixçisi Yuzef Kraşevski (Jozef İgnacy Kraszewski, 1812-1887) anadan olub. “Sehrli çıraq”, “Qrafinya Kozel”, “Bryul” və s. romanların müəllifidir.
28 iyul 1866 - İngilis yazıçısı və rəssamı Beatriks Potter (Beatrix Potter, 1866-1943) anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir: “Uxti-Tuxti”, “Dovşan Piter və digər əhvalatlar”.
28 iyul 1887 - Fransız rəssamı və incəsənət nəzəriyyəçisi, dadaizm və sürrealizmin banilərindən Marsel Düşam (Marcel Duchamp, 1887-1968) anadan olub.
28 iyul 1902 - İngilis filosofu, “Açıq cəmiyyət” nəzəriyyəsinin yaradıcısı Karl Popper (Karl Raimund Popper, 1902-1994) anadan olub.
28 iyul 1906 - Rus rəssamı Fyodor Reşetnikov (1906-1988) anadan olub. Sosrealizmin məşhur nümayəndəsidir. Əsərləri: “Yenə iki”, “Tətil başlanır”, “Sülh uğrunda” və s.

29 iyul 1805 - Fransız yazıçısı və tarixçisi Aleksis de Tokvil (Charles Alexis Henri Maurice Clerel de Tocqueville; 1805-1859) anadan olub. Əsərləri: “Amerikada demokratiya”, “Köhnə qayda-qanun və inqilab”.
29 iyul 1921 - Fransız rejissoru, dünya sənədli kinosunun tanınmış nümayəndəsi Kris Marker (Christian Bouche-Villeneuve; 1921-2012) anadan olub. Filmləri: “Uçuş zolağı”, “Günəşsiz”, “Dərinlikdə hava qırmızıdır” və s.
29 iyul 1900 - İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1974) laureatı Eyvind Gunson (Eyvind Olov Verner Johnson; 1900-1976) anadan olub.
29 iyul 1954 - Rusiyanın Xalq artisti, bəstəkar İqor Krutoy anadan olub. 300-dən çox mahnının müəllifidir.

30 iyul 1511 - İtalyan memarı, rəssam və yazıçı Corco Vazari (Giorgio Vasari; 1511-1574) anadan olub.
30 iyul 1818 - İngilis yazıçısı Emili Bronte (Emily Jane Bronte; 1818-1848) anadan olub. Məşhur yazıçı Şarlotta Brontenin bacısıdır. Əsərləri: “Tufan aşırımı”, “Mənim qəlbim qorxaq deyil”.
30 iyul 1947 - Avstriya əsilli Amerika kinoaktyoru Arnold Şvarsenegger (Arnold Alois Schwarzenegger) anadan olub. Filmləri: “Terminator”, “Kommando”, “Yırtıcı”, “Qırmızı hərarət”, “Gerçək yalan” və s. ABŞ-ın Kaliforniya ştatının qubernatoru (2003-2009) olub.
30 iyul 1948 - İspan əsilli fransız aktyoru Jan Reno (Jean Reno - Juan Juan Moreno y Herrera Jimenez) anadan olub. Filmləri: “Leon”, “Nikita”, “Qodzilla”, “Yaquar”.
30 iyul 1950 - İtalyan rejissoru Qabriele Salvatores (Gabriele Salvatores) anadan olub. Filmləri: “Aralıq dənizi” (“Oskar”, 1992), “Nirvana” və s.
30 iyul 1974 - Amerika aktrisası Hilari Snouk (Hilary Ann Swank) anadan olub. “Oğlanlar ağlamır” və “Bir milyonluq meymun” filmlərində rollarına görə “Oskar”a layiq görülüb.

Hazırladı: Vüqar Orxan