Azərbaycan

27 avqust 1921 - Yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 1921 - 18.1.1983) Xızıda doğulub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Kölgələr pıçıldaşır” pyeslərinin, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı” və s. kitabların müəllifidir. “Kirpi” jurnalının baş redaktoru olub.
27 avqust 1929 - Tanınmış aktyor, rejissor, Əməkdar mədəniyyət işçisi Məmmədkamal Allahqulu oğlu Kazımov (1929 - 13.12.2005) Bakıda anadan olub. Akademik Milli Dram, Sumqayıt Dram, Ağdam Dram teatrlarında çalışıb. Çəkildiyi filmlər: “Yol əhvalatı”, “Qətl günü”, “Güllələnmə təxirə salınır!..” və s.
27 avqust 1937 - Ədəbiyyatşünas alim, yazıçı, tərcüməçi, professor Qəzənfər Məhəmməd oğlu Paşayev Tovuz rayonunun Düzqırıqlı kəndində anadan olub. İraq türklərinin dialekt və folklorunu tədqiq edib. “İraq-türkman folkloru”, “Altı il Dəclə-Fərat sahillərində”, “Kərkük folklorunun janrları”, “Dilimiz varlığımızdır” və s. kitabların müəllifidir.
27 avqust 1942 - Görkəmli ərəbşünas-alim, professor, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəli oğlu Məmmədəliyev Bakıda anadan olub. BDU-nun professoru, ərəb filologiyası kafedrasının müdiridir. “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biridir. “Ərəb dilçiliyi”, ”Kufə qrammatika məktəbi”, “Quran və elm” və s. monoqrafiyaların, dərsliklərin, tərcümə kitablarının müəllifidir.
27 avqust 1998 - Məşhur kinorejissor, Xalq artisti Tofiq Tağızadə (7.2.1919 - 1998) vəfat edib. Filmləri: “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan” (1965), “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salam” və s.

28 avqust 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi, ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədris olunması barədə qərar qəbul edib.
28 avqust 1935 - Tanınmış yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (1935 - 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və s. əsərləri geniş oxucu rəğbəti qazanıb.
28 avqust 1940 - Yazıçı-publisist Ağəddin Mansur oğlu Mansurzadə (1940-2008) anadan olub.
28 avqust 1948 - Musiqişünas, sənətşünaslıq doktoru, professor Elxan Əlisəttar oğlu Babayev (1948 - 2.2.2003) anadan olub.
28 avqust 1953 - Tanınmış rejissor və ssenarist, Xalq artisti Vaqif Behbud oğlu Mustafayev anadan olub. Filmləri: “Bəyin oğurlanması” (Ceyhun Mirzəyevlə birgə), “Yaramaz”, “Hər şey yaxşılığa doğru” və s. Böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlərin müəllifidir. Avropa Kino və Televiziya Akademiyasının üzvüdür.
28 avqust 1965 - AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Ərtegin Əbdülvahab oğlu Salamzadə anadan olub. Monoqrafiyaların, ali məktəblər üçün dərsliklərin müəllifidir. 2010-cu ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktorudur.
28 avqust 1968 - Aşıq Xındı Məmməd (Məmməd Gülabı oğlu Qəniyev; 1896, Borçalı, Qaş Muğanlı - 1968) vəfat edib. Şeirlərinin külliyyatı "Meydanda mərdi-mərdanə" adı altında çap olunub.

29 avqust 1890 - Şair, qəzəlxan Məhəmmədəli Şəfai (1890- 1967) Bakının Maştağa kəndində anadan olub.
29 avqust 1960 - Tanınmış telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960 - 15.06.1992) anadan olub.
29 avqust 1965 - Görkəmli tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (30.10.1880, Ağdam, Abdal-Gülablı - 1965) vəfat edib. 1905-ci ildən xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib, xarici ölkələrdə konsertlər verib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.
29 avqust 2005 - Azərbaycanda İctimai Televiziya və Radio yayıma başlayıb.

30 avqust 1935 - Xalq artisti, bəstəkar, tarzən Ağadadaş Hacıbala oğlu Dadaşov anadan olub.
30 avqust 1991 - Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edib. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı.
30 avqust 1984 - Xalq artisti Rübabə Muradova (22.3.1933 - 1984) vəfat edib. Dövlət Opera və Balet Teatrının solisti olub. Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm", Ü.Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z.Hacıbəyov) və başqa partiyaları ifa edib.

Dünya

27 avqust 1770 - Alman filosofu Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel; 1770 - 14.11.1831) anadan olub. Əsərləri: “Ruhun fenomenologiyası”, “Məntiq elmi”, “Tarixin fəlsəfəsi” və s.
27 avqust 1856 - Klassik Ukrayna ədəbiyyatının banilərindən biri, yazıçı, şair İvan Franko (1856-1916) anadan olub. Əsərləri: “Kəsişən cığırlar”, “Cəmiyyətin dirəkləri” (roman), “Oğurlanmış xoşbəxtlik”, “Zirvələrdən və düzənlərdən“ (şeirlər toplusu).
27 avqust 1871 - Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 1871 - 28.12.1945) anadan olub. Əsərləri: “Kerri bacı”, “Cenni Gerhardt”, “Arzular trilogiyası”, “Amerika faciəsi”, “Dahi” və s.
27 avqust 1896 - Məşhur rus aktrisası, SSRİ Xalq artisti Faina Ranevskaya (Feldman; 1896-1984) anadan olub. Bir müddət (1925-1927, 1929-1931) Bakı İşçi Teatrında çalışıb.
27 avqust 1899 - İngilis yazıçısı Sesil Forester (Cecil Scott Forester - Smith; 1899-1966) anadan olub. Əsərləri: “Xoşbəxt qayıdış”, “Ödəniş təxirə salınıb”, “Amerika kraliçası”.

28 avqust 1749 - Görkəmli alman şairi, yazıçı-dramaturq Yohann Volfqanq Höte (Johann Wolfgang von Goethe; 1749 - 22.3.1832) anadan olub. Əsərləri: “Faust” mənzum tragediyası, “Vilhelm Meysterin təhsil illəri", "Gənc Verterin iztirabları" romanları, “İfigeniya”, “Torkvato Tasso” dramları və s.
28 avqust 1867 - İtaliya bəstəkarı Umberto Cordano (Umberto Menotti Maria Giordano; 1867-1948) anadan olub. Operaları: “Andre Şenye”, “Fedora”, “Sibir”, “Madam Sen-Jen” və s.
28 avqust 1925 - Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqaski (1925-1991) anadan olub. Qardaşı Boris Struqaski (1933-2012) ilə birgə yazdıqları fantastik əsərlərlə tanınıb: “Bikini külü”, “Tünd qırmızı buludlar ölkəsi”, “Günorta, XXII əsr”, “Əsrin yırtıcı əşyaları” və s.

29 avqust 1632 - İngilis filosofu Con Lokk (John Locke, 1632-1704) anadan olub.
29 avqust 1862 - Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1911) laureatı Moris Meterlink (Maurice Polydore Marie Bernard Maeterlinck: 1862-1949) anadan olub. Əsərləri: “Göy quş”, “Beatris bacı” pyesləri, “Güllərin idrakı”, “Arıların həyatı” fəlsəfi pritçaları və s.
29 avqust 1903 - Məşhur rus aktyoru Andrey Fayt (1903-1976) anadan olub. “Ələddinin sehrli çırağı”, “Brilyant əl”, habelə “Azərbaycanfilm”də lentə alınan “Uzaq sahillərdə” (Mazelli), “Bir qalanın sirri” (Göygöz kosa) filmlərində çəkilib.
29 avqust 1915 - İsveç aktrisası, üç dəfə «Oskar» laureatı İngrid Berqman (Ingrid Bergman; 1915-29.8.1982) anadan olub. Filmləri: “Anastasiya”, “Şərq ekspresində qətl”, “Qaz işığı” və s.
29 avqust 1920 - Amerika caz musiqiçisi Çarli Parker (Charlie "Bird" Parker, 1920-1955) anadan olub.
29 avqust 1958 - Dünya şöhrətli amerikalı müğənni Maykl Cekson (Michael Joseph Jackson; 1958 - 25.6.2009) anadan olub. 15 dəfə “Qremmi” mükafatına layiq görülüb. Dünyada satılan albomlarının tirajına (750 milyondan çox) görə “Ginnesin rekordlar kitabı”na düşüb.

30 avqust 1748 - Fransız rəssamı Jak Lui David (Jacques-Louis David, 1748-1825) anadan olub. Məşhur rəsmləri: “Maratın ölümü”, “Horasilərin andı”.
30 avqust 1860 - Rus rəssamı İsaak İliç Levitan (1860-1900) anadan olub. Peyzaj ustası kimi tanınıb. Əsərləri: “Ağcaqayın meşəsi”, “Göl” və s.
30 avqust 1887 - Amerika yazıçısı, fantastik seriallar müəllifi Rey Kamminqs (Raymond King Cummings, 1887-1957) anadan olub.
30 avqust 1972 - Amerika aktrisası Kameron Dias (Cameron Michelle Diaz) anadan olub. Filmləri: “Ən yaxşı dostumun toyu”, “Məzuniyyət mübadiləsi” və s.

Hazırladı: Vüqar Orxan