Azərbaycan

7 sentyabr 1914 - Tanınmış ədəbiyyatşünas və teatrşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914 - 19.9.1973) anadan olub. Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. "Rejissor sənəti", "Azərbaycan Dram Teatrı" kitabları dəyərli tədqiqat nümunələridir.
7 sentyabr 1939 - Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939-2009) Bakıda anadan olub. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib. “Bir cənub şəhərində”, “Ötən ilin son gecəsi” filmlərində mahnıların sözlərinin müəllifidir.
7 sentyabr 1946 - Əməkdar incəsənət xadimi, musiqişünas, fəlsəfə elmləri doktoru Gülnaz Abutalıb qızı Abdullazadə anadan olub. Qədim və orta əsrlər musiqi mədəniyyəti kontekstində Azərbaycan muğamlarının fəlsəfi mahiyyətini tədqiq edib. Bakı Musiqi Akademiyasının professorudur.
7 sentyabr 1961 - Sənətşünaslıq doktoru, professor Fərəh Şirməmməd qızı Əliyeva anadan olub. “Azərbaycan musiqisində üslub axtarışları”, “Musiqi tariximizin səhifələri” və s. kitabların müəllifidir. Mədəniyyət və Turizm Nazirliyində İncəsənət şöbəsinin müdiri işləyib. 2014-cü ildən Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.

8 sentyabr 1949 - Tanınmış teatr xadimi, rejissor Hüseynağa Atakişiyev (1949 -9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət, Akademik Milli Dram teatrlarında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb, ömrünün sonunadək bu teatra rəhbərlik edib. “Üzeyir ömrü” (1981) filmində böyük bəstəkarın obrazını yaradıb.
8 sentyabr 1928 - Xalq rəssamı Tofiq Məmmədəli oğlu Ağababayev Bakıda doğulub. Bakı şəhərinin baş rəssamı (1966-1968) olub, Azərbaycan Rəssamlıq Akademiyasının professorudur. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, ABŞ-da, Almaniyada, Rusiyada şəxsi qalereyalarda saxlanılır.
8 sentyabr 1949 - Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimli Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Səhnə sənəti, kino, təsviri incəsənət, dramaturgiya, mədəniyyətin müxtəlif problemlərinə dair çoxsaylı kitab və məqalələrin, televiziya verilişlərinin müəllifidir. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
8 sentyabr 1982 - Tanınmış teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (25.12.1909 - 1982) vəfat edib. 1934-cü ildən Milli Dram Teatrında çalışıb. “Səbuhi” filmində (1941) Mirzə Şəfi Vazeh rolunda çəkilib.
8 sentyabr 1998 - Bakıda tarixi "Böyük İpək Yolu"nun bərpası ilə bağlı Avropa Birliyinin TRACECA (Avropa-Asiya nəqliyyat dəhlizi) layihəsi üzrə beynəlxalq konfrans keçirilib. Konfransda “Bakı bəyannaməsi” qəbul edilib, İpək Yolu təşəbbüslərinin əsası qoyulub.

9 sentyabr 1876 - Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (1876 - 22.9.1964) Şuşada anadan olub. “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.
9 sentyabr 1937 - Əməkdar mədəniyyət işçisi Aybəniz Səməd qızı Vəkilova (1937 - 13.6.2009) anadan olub. Səməd Vurğunun ev-muzeyinin baş mühafizi və direktoru (2006-2009) işləyib.
9 sentyabr 1939 - Xalq artisti, Prezident təqaüdçüsü İrina Aleksandrovna Perlova (1939 - 14.9.2010) anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (rus bölməsi) quruluşçu rejissor işləyib.

Dünya

7 sentyabr 1726 - Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub. Komik operaları ilə tanınıb, 30-dan çox opera yazıb: “Pinəçi Blez”, “Bağban və onun ağası” və s.
7 sentyabr 1870 - Rus yazıçısı Aleksandr İvanoviç Kuprin (1870-1938) anadan olub. “Molox”, “Sulamif”, “Döyüş”, “Zamanın təkəri”, “Janeta” və s. romanların müəllifidir. 1919-1937-ci illərdə mühacirətdə (Paris) yaşayıb, Rusiyaya qayıdaraq orada vəfat edib.
7 sentyabr 1909 - Yunan mənşəli Amerika rejissoru Elia Kazan (Elia Kasancoğlu, 1909-2003) İstanbulda anadan olub. İki dəfə «Oskar» laureatıdır: “Centlmen razılaşması” (1947) və “Limanda” (1954).

8 sentyabr 1841 - Görkəmli çex bəstəkarı Antonin Dvorjak (Antonin Leopold Dvorak; 1841-1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida” və s.), 9 simfoniya, 5 simfonik poema və başqa əsərlərin müəllifidir.
8 sentyabr 1830 - Fransız şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1904) laureatı Frederik Mistral (Frederic Mistral, 1830-1914) anadan olub. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.
8 sentyabr 1923 - Məşhur avar şairi, publisist və ictimai xadim Rəsul Həmzətov (1923 - 3.11.2003) Dağıstanın Xunzay rayonunun Tsada kəndində doğulub. Sosialist Əməyi Qəhrəmanı adına, Lenin mükafatına layiq görülüb. Kitabları: “Dostları qoruyun”, “Mənim Dağıstanım” və s. Şeirlərinə populyar mahnılar bəstələnib.
8 sentyabr 1925 - İngilis kinoaktyoru Piter Sellers (Peter Sellers - Richard Henry Sellers, 1925-1980) anadan olub. Filmləri: “Çəhrayı pantera”, “Royal” kazinosu”, “Lolita” (1962, rej. Stenli Kubrik).
8 sentyabr 1937 - Tanınmış türk kinoaktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur) Əskişəhərdə doğulub. 300-dək filmdə çəkilib: “Qürbət quşları”, “Hərəmxanada dörd qadın”, ”İntiqam atəşi”, “Dodaqdan qəlbə”, “Arım, balım, pətəyim” və s. Şeirlər yazır.

9 sentyabr 1583 - İtalyan bəstəkarı, fuqa musiqi alətinin yaradıcılarından biri Cirolamo Freskobaldi (Girolamo Frescobaldi, 1583-1643) anadan olub.
9 sentyabr 1769 - Ukrayna ədəbiyyatının banilərindən biri, şair və yazıçı İvan Kotlyarovski (1769-1838) anadan olub. Əsərləri: “Üzü köçürülmüş Eneida”, “Natalka Poltavka” və s.
9 sentyabr 1828 - Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 - 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povestlər), “Zülmətin hakimiyyəti”, “Canlı meyit” (pyeslər) və s.
9 sentyabr 1908 - İtalyan yazıçısı Çezare Paveze (Cesare Pavese, 1908-1950) anadan olub. “Yoldaş”, “Xoruz banlamayınca”, “Gözəl yay”, “Ay və tonqallar” və s. romanların müəllifidir.
9 sentyabr 1930 -Rusiyanın Xalq artisti Nadejda Rumyanseva (1930-2008) anadan olub. Filmləri: “Qızlar”, “Yanacaqdoldurma stansiyasının kraliçası”, “Balzaminovun evlənməsi” və s.

Hazırladı: Vüqar Orxan