Ölkəmizdə digər sahələrlə yanaşı, nəşriyyat və poliqrafiya sənayesi də sürətlə inkişaf etməkdədir. Poliqrafiya sənayesinin müasirləşməsi, bu sahə üzrə ölkəmizə gətirilən yeni tipli avadanıqlar və onlardan istifadə qaydaları təzə terminlərin yaranmasını şərtləndirir. Son dövrlər istər tərtibatına, istərsə də poliqrafik keyfiyyətinə və məzmununa görə ən nümunəvi çap məhsullarından olan “Nəşriyyat-poliqrafiya və jurnalistika terminlərinin izahlı lüğəti” kitabı olduqca qiymətli nəşrdir. Kitabın müəllifləri tanınmış naşir, “Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundov, nəşriyyat sahəsi üzrə bir neçə kitabın müəllifi Mahmud Mahmudov və Rəhimağa İmaməliyevdir. Kitab “Aspoliqraf” nəşriyyatında cap olunub. Dərs vəsaiti kimi nəzərdə tutulmuş kitab Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Xatırladım ki, kitab bu sahə üzrə ilk lüğətdir. Kitabın elmi redaktorları filologiya elmləri namizədləri - Faiq Şahbazlı və Gülşən Əliyeva, ixtisas redaktorları isə Çingiz Əlioğlu və Məleykə Əsgərovadır. Kitaba ön sözü f.e.d. prof. İsmayıl Vəliyev yazıb.

   Fərid Hüseyn