İyunun 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Kəlbəcər aşıqlarının konserti olacaq. Filarmoniyadan bildiriblər ki, konsert “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə Əməkdar mədəniyyət işçisi aşıq Ədalət Dəlidağlı, aşıq Mehdi Mənsimov və başqaları Kəlbəcərdə doğulub boya başa çatmış Aşıq Şəmşirin, Sücaətin, Bəhmən Vətənoğlunun sözlərini saz havaları üstündə oxuyacaqlar.