Sentyabrın 15-də Gədəbəy Aşıq Məktəbində yeni dərs ilinin başlanması və "Bilik günü" münasibətilə tədbir keçirilib. Tədbirdə təhsilin insan həyatında nə qədər önəmli rol oynadığını vurğulayan çıxışçılar bu sırada aşıq sənətinin də tədrisindən danışıblar.
Müəllimlər və valideynlər Gədəbəy Aşıq Məktəbinin bu sahə üzrə respublikada ilk və yeganə təhsil ocağı olmasının xüsusi bir məsuliyyət kəsb etdiyini bildirərək aşıq sənətinin tədrisində müəllim-valideyn əməkdaşlığından bəhs ediblər. Məktəbdə həmçinin dahi siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sərgi təşkil edilib. İştirakçılar sərgi ilə tanış olaraq ulu öndərin aşıq sənətinə hər zaman böyük önəm verdiyini vurğulayıblar.
Sonda məktəbə bu il qəbul edilmiş şagird və valideynlərlə birgə Saz muzeyinə baxış keçirilib.