Aşıq musiqisindən ibarət konsert proqramı

Oktyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Çiçəklən, ana yurdum” adlı konsert təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə reallaşacaq tədbirdə Azərbaycan aşıq sənətinin inkişafından söz açılacaq. Sonra aşıq musiqisindən ibarət proqram təqdim olunacaq.