Gəncə şəhəri də daxil olmaqla ölkəmizin 5 şəhər və rayonunda 1-ci Ümumrespublika dekorativ-tətbiqi sənət festivalı keçiriləcək.Bu barədə Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin baş inspektoru Bəxtiyar Muradov məlumat verib. O bildirib ki, ilk Ümumrespublika dekorativ tətbiqi sənət festivalı regional mərkəzlərdə - Gəncə, Naxçıvan, Lənkəran, Şəki və Xaçmazda reallaşacaq. Gəncədəki festivalın aprelin 1- dən mayın 1-dək keçirilməsi planlaşdırılır.
   Qərb bölgəsi üzrə mərkəz seçilmiş bu şəhərdə keçiriləcək festivalda 14 şəhər və rayondan xalçaçılıq, metalişləmə, toxuma, qobelen, bədii oyma kimi sənət növləri üzrə sənətkarlar iştirak edəcəklər. Əlavə edək ki, nümayiş olunan əsərlər Bakıda keçiriləcək yekun sərgiyə də çıxarılacaq.