Gəncə şəhərinin mərkəzində yerləşən XVII əsrə aid Şah Abbas karvansarasında təmir-bərpa işləri başlanıb. Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, Karvansarada əsaslı bərpa işləri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə aparılır. Hazırda binanın qəzalı vəziyyətdə olan otaqlarında və bünövrəsində bərkitmə işləri gedir. Bundan sonra binanın dam örtüyündə olan qədimi örtüklər və dayaqlar təmir ediləcək. Bərpa işləri zamanı abidənin istilik, soyutma, su və havalandırma sistemi layihəyə uyğun şəkildə yenidən işlənəcək. Abidənin təmirdən sonra hotel kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Təmir işləri 2013-cü ildə sona çatdırılacaq.