Yevlax Şəhər Mərkəzi Kitabxanasında böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə bağlı “Azadlıq carçısı” adlı oxucu konfransı keçirilib.
   Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindən bildiriblər ki, “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” ölkə başçısının 2010-cu il 13 aprel tarixli sərəncamına uyğun olaraq keçirilən tədbirdə böyük mütəfəkkirin həyat və yaradıcılığı haqqında məlumat verilib. MKS-nin filiallarında “Azərbaycan dramaturgiyasının banisi”, “M.F.Axundzadə böyük dramaturq və filosof”, “Milli maarifçiliyimizin banisi Axundzadə” və sair adlı kitab sərgiləri və biblioqrafik icmallar təşkil olunub.