Qusar rayon Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Nağıl otağı”nda görkəmli maarifçi-ədib Abdulla Şaiqin 135 illiyinə həsr olunmuş “Bizim nağıl dünyamız” mövzusunda tədbir keçirilib. Tədbirdə şəhər 3 saylı uşaq bağçasının fidanları, müəllim və valideynlər iştirak ediblər. Uşaqlar “Hər birimiz bir çiçək” silsiləsindən A.Şaiqin “Tıq-tıq xanım” nağılını canlandırıb, şairin şeirlərini söyləyib, rəqs ediblər. Kitabxanaçısı G.Pənahova nağıl sandığı və hədiyyə boğçası ilə balacaların sevincinə sevinc qatıb.