Qazax Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə S.Vurğun adına Qazax şəhər 2 saylı orta məktəbdə “Mülki müdafiə uşaqları gözü ilə” adlı sərgi-tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, səhiyyə işçiləri, məktəbin kollektivi iştirak edib. Məktəblilər tərəfindən təbii təhlükədən özlərini müdafiə etmək üçün verilən təlim tapşırıqlarını necə yerinə yetirmələri nümayiş etdirilib.
Sonda qalereyanın nəzdində fəaliyyət göstərən dərnək üzvlərinin rəsm əsərlərinə baxış keçirilib.