Yardımlı rayon MKS-nin filiallarında hərbi-vətənpərvərlik mövzusunda kitab sərgiləri və bədii qiraət müsabiqələri təşkil olunub. Ostayır, Arvana, Avaş, Çayüzü kənd kitabxana filialları N saylı hərbi hissələrdə səyyar kitabxana xidmət həyata keçiriblər. Mərkəzi kitabxananın təşkilatçılığı və 1 saylı məktəbin şagirdlərinin iştirakı ilə “El bilir ki, sən mənimsən...” mövzusunda tədbir keçirilib. Mərkəzi kitabxanada “Müstəqillik dövründə Azərbaycan ordusu” mövzusunda dəyirmi masa təşkil olunub.