Martın 10-da Neftçala rayon Mərkəzi kitabxanasında Xidmət şöbəsinin təşkilatçılığı ilə “Dostluq” ədəbi məclisi təşkil olunub. MKS-nin direktoru E.Kazımova qonaqları salamlayaraq məclisin fəaliyyətinin davamlı olmasını arzulayıb.
Şairlər Zərxanım Ülvi, Zabil Pərviz və digər çıxış edənlər bildiriblər ki, Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olub. “Dostluq” ədəbi məclisi də yazıçı və şairlərin tanıdılması, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması məqsədi daşıyır.
Neftçala şəhər 1, 3 və 4 saylı orta məktəblərin müəllimləri ayrı-ayrı ədiblərin yaradıcılığından danışıblar.