Martın 12-də Bərdə rayon Mədəniyyət mərkəzinin “Qarabağ” xalq çalğı alətləri ansamblı Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 24-cü ildönümü ilə əlaqədar N saylı hərbi hissənin şəxsi heyəti qarşısında konsert proqramı ilə çıxış edib. Bir-birindən maraqlı ifalar, ahəngdar musiqilər əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb.