Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin işçiləri “Əsgər poçtu” adlı aksiya təşkil ediblər. Bu məqsədlə muzey əməkdaşları 1, 2 və 4 nömrəli məktəblərdə, təbiət və humanitar fənlər təmayüllü liseydə görüş keçiriblər. Aksiyanın məqsədini bilən şagirdlər böyük şövqlə Vətənimizin keşikçilərinə məktublar yazaraq cəsur hərbçilərimizə xoş arzularını çatdırıb, minnətdarlıqlarını bildiriblər.