Kürdəmir rayon Mərkəzi kitabxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr edilmiş dəyirmi masa təşkil olunub. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev, MKS-nin direktor müavini İradə Mahmudova, Mədəniyyət mərkəzinin direktoru Sevinc Həsənova və başqaları Zərifə xanımın həyat yolundan və Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi töhfələrdən danışıblar. Sonra “Elegiya” adlı sənədli film nümayiş etdirilib.
* * *
Quba rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsində keçirilən dəyirmi masada MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək akademik Zərifə Əliyevanın ömür yolu haqqında ətraflı məlumat verib. “Şahdağ” Turizm Mərkəzinin həkimi Mustafa Əsədullayev, oxu zalının baş kitabxanaçısı Rübabə Hacıbəyova görkəmli oftalmoloq alimin peşəkar həkim və fəal ictimai xadim kimi uğurlu fəaliyyətindən söz açıblar. Sonda tədbir iştirakçıları tanınmış tibb aliminə həsr olunan sərgiyə baxıblar.