Ağstafa şəhərində Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının mədəniyyət müəssisələrində çalışan işçilərlə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrup” üzvlərinin növbəti regional görüşü keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Lalə Eyyubova əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən söz açıb. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gülgün Kərimov, Mədəniyyətşünasıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev və başqaları çıxış edərək mədəniyyət müəssisələrinin digər sahələrlə inteqrasiyası, mədəniyyətin təbliği və populyarlaşması haqqında fikirlərini bölüşüblər.