Oktyabrın 1-dən 9-a kimi Mahaçqalada Şimali Qafqaz, Qara dəniz ölkələrinin və Xəzər regionu dövlətlərinin rus dram teatrlarının iştirakı ilə II Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalda Azərbaycanı "İbrus" teatrı təmsil edəcək. Dağıstanın Mədəniyyət Nazirliyindən verilən məlumata görə, festivalın məqsədi Qafqazda ümumi mədəni mühit yaratmaq, mədəniyyət və incəsənət sahəsində əlaqələri inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaqdır.