M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi “Kuklaların fantaziyası” mövzusunda keçiriləcək beynəlxalq festivalda iştirak etmək üçün Düşənbəyə yola düşmüşdür. Teatrın bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanovanın verdiyi məlumata görə, aprelin 22-dək keçiriləcək festivalda kollektiv Səməd Canbaxşıyevin “Cik-cik xanım” əsərini nümayiş etdirəcək.