Mayın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredunun “Ezop” tamaşası teatrsevərlərə təqdim olunacaq. Tamaşanın ideyası azad eşqdir. Bu azadlıq isə Ezopun simasında ümumiləşdirilib. Ezop şagird, filosofdur, ancaq quldur. Özünü filosof, kütbeyin, əfəl, araq düşkünü adlandıran Ksanf tərəfindən alınmış bir quldur. Ezop qul olmaqla yanaşı, mübarizdir, öz hüquqlarını tələb edir, azadlıq uğrunda mübarizə aparır. O, azadlığı yalnız haqq-ədalətin qələbəsi ilə əldə edir.
   Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşada əsas rolları əməkdar artistlər İlqar Cahangirov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, aktyorlar İradə Rəşidova, Vüsal Mehrəliyev, Rövşən Abbasov, Emin Sevdiməliyev və başqaları ifa edirlər.