“Azərbaycan teatrı 2009-2010-cu illərdə” Dövlət Proqramına uyğun olaraq aprelin 18-də Almaniyanın Rozenhaym (Rosenheim) şəhərinin teatr aktyorları Contanze Baruşke, Jörg Hervegh və Peter Ştixaner Bakıya gələcəklər. Onlar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Arxamca qaç ki, səni tutum” adlı tamaşa ilə çıxış edəcəklər. Qastrol səfərinə aprelin 21-də yekun vurulacaq.