Prezident İlham Əliyev dekabrın 3-də təhsil sahəsində səmərəli fəaliyyətinə görə ədəbiyyatşünas alim, yazıçı-dramaturq, Əməkdar elm xadimi, akademik Kamal Mehdi oğlu Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. K.Abdullayev 2000-2014-cü illərdə Bakı Slavyan Universitetinin rektoru olub. 2014-cü ildən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviridir.